Mehman Əliyev: “Hakimiyyətin ABŞ-ı saya saymadığı fikri əsassızdır”

Paylaşılma tarixi: Dec 29, 2014 7:10:29 PM

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman ƏliyevModerator.az saytı və “Hürriyyət” qəzetinə açıqlamasında “Azadlıq” radiosu ilə bağlı baş verənlərin ABŞ-Azərbaycan münasibətlərinə təsir göstərməyəcəyini bildirib. M.Əliyevin qənaətincə, buna səbəb baş verənlərin ABŞ-la razılaşdırılmasıdır:  “Mən ABŞ və Azərbaycan arasındakı münasibətlərin ümumiyyətlə gərgin olduğu fikrini qəbul etmirəm. Hesab edirəm ki, münasibətlərdə heç bir gərginlik yoxdur. Baş verənlər razılaşdırılmış şəkildə həyata keçirilir. Sadəcə, bizə elə təqdim edilir ki, guya bunu hakimiyyət kimsə ilə razılaşdırmadan həyata keçirir, başqa sözlə desək, guya kimsəni saymır”.                                                                                                                        Seymur Əliyev