Dünyanın amansızcasına öldürülmüş diktatorları.
Paylaşılma tarixi: Feb 22, 2015 7:27:4 PM
9 Səddam Hüseyn (1937-2006) – İraqın keçmiş diktatoru olmuş Səddam Hüseyn hakimiyyətdə olduğu zaman çoxlu insan hüquqları pozuntuları və kütləvi insan qırğını olmuşdur. Ölümü isə asma əmri olmuşdur.
8 İon Antonescu (1882-1946) – 2-ci Dünya Müharibəsi ərəfəsində Rumuniya Krallığında marşal, baş nazir daha sonra “Milli Şef” olaraq Nasist Almaniyası tərəfdaşı olan bir diktator olmuş. 2-ci Dünya Müharibəsi zamanı Nasist Almaniyası ilə mütəffiq olmuş və müharibə zamanı xeyli qırğınların törədilməsində fəaliyyəti olmuş. 23 avqust 1944-cü ildə olan üsyan nəticəsində devrildi. Rumuniya komunist xalq məhkməsində müharibə zamanı törədtiyi qırğınlar səbəbindən güllənmə hökmü verildi.
7 Laurent Desire Kabila (1939-2001) – Konqo Demokratik Respublikasının diktatoru olmuş Kabila hakimiyyətdə olduğu zaman müxalifət partiyalarının fəliyyətinə qadağan qoydu. Müxalifət partiyalarının
xeyli üzvünə ölüm hökmü verdirtmişdi. 2001-ci ildə özünün şəxsi mühafizəçisi tərəfində qətlə yetirilmişdir.
6 Anastasio Somoza Debayle (1925-1980) – Nikaraquanı 1967-cı ildən 1980-ci ilə kimi sərt şəkildə idarə etmiş. Ölkəni əsgəri qanunlarla idarə etmiş. Ona qarşı çıxanları zorlatdırmış, öldürtmüş və digər amansız işgəncələr verdirtmişdi. 1972-ci ildə Manquada baş verən zəlzələ zamanı ölkəyə yardım üçün göndərilən pulları və avadanlıqları Somoza və yaxınları tərəfndən aralarından bölüşdürüldüyü iddia edildi. 1979-cu ildə devrildi. Amerikaya qaçmaq istəsə də Amerikada ona sığınacaq verilmədi. Paraqvaya gedərək orda mühacir həyatı yaşadı. 1980-ci ildə İnqilabçı Xalq Ordusu adlı Argentinalı sol qruplaşmaları tərəfindən qətlə yetirildi.
5 Nicolae Ceausescu (1918-1989) – Rumuniyanın keçmiş diktatoru olmuş Ceausescu 1965-ci ildən 1989-cu ilə kimi Rumuniyada hakimiyyətdə olub. Hakimiyyəti qohumbazlıq prinsipinə əsasən bölüşdürüb idarə edirdi. 1989-cu ildə xalq nümayişləri zamanı ordunun xalqa dəstək verməsi zamanı çevriliş oldu. Özü və həyat yoldaşı ilə birlikdə hərbi məhkəməyə çıxarıldı 2 saata yaxın canlı efirdə yayımlanan məhkəmənin sonunda hər ikisinə güllələnmə əmri verildi.
4 Rafael Trujillo (1891-1961) – Dominikan Respublikasının uzun müddət diktatoru olub Trujillo. Ölkə iqtisadiyyatının müasirləşməsində yalnız Trujillo və yaxın dostları xeyir görürdülər. Ona qarşı çıxan siyasətçiləri öldürtdürürdü və xeyli Haitili miqrantı öldürtmüşdü. Trujillonun sərt qanun qaydaları xalqı ona qarşı çıxmasını daha da sürətləndirirdi. Maşınla San Cristobal-dakı malikanəsinə gedən zaman yolda maşına atəş açılmış və qətlə yetirilmişdi.
3 Samuel Doe (1951- 1990) – Liberiya diktatori olmuş Doe Liberiyanə 1084-cu ildən 1990-cı ilə kimi idarə etmiş. Ölkədə keçirilən seçkiləri saxtalaşdırtmış. Gücündən istifadə edərək xeyli sayda qırğınlar törətmiş.1990-cı ildə Liberiyada baş tutan üsyan nəticəsində devrildikdən sonra həbs olunur və ağır işgəncələr verilərək öldürülür.
2 Benito Mussolini (1883- 1945) – İtalyanın diktatoru olmuş Mussolini 1922-ci ildən 1943-cü ilə kimi İtalyanı idarə etmiş. 2-ci Duce adını istifadə edən Mussolini xalqa ölkənin bütün problemlərini həll edəcəyini və Roma İmperiyasının itirilmiş qüdrətini bərpa edəcəyini vəd vermişdi. Hakimiyyətə gəldikdən sonra bütün kitablara, jurnallar, qəzetlərə senzura qoyuldu, Faşist Partiyasından başqa bütün partiyaların fəaliyyətinə son qoyuldu.Ölkəni polis rejimində idarə etdi. İkinci Dünya Müharibəsində Hitlerin tərəfdaşlarından olmuşdu, bir çox ölkələri işğal edərək xeyli qırınlar törətmişdi. 1945-ci ildə İtaliyalı partizanlar tərəfindən öldürlümüşdü.
1 Müəmmar Qəddafi (1942-2001)- 1969-cu ildə Liviyada monarxiyanı devirərək hakimiyyətə gəlmişdi. Hakimiyyətdə olduğu müddətdə italiyalı və yəhudi azlıqların mal varlıqlarına əl qoyaraq onları ölkədən qovdu. Hakimiyyəti dönəmində terrorizmi dəstəkləyirdi və terroristləri sığınacaq da verirdi. Liviyada bir çox sahələrdə senzuralar qoyuldu. İnsan haqları pozulmuşdu. Türkiyə Suriyaya hücum edərsə Türkiyə şirkətlərini Liviyadan çıxardıb yerinə Yunanıstan şirkətlərini gətirəcəyini bildirmişdi. 2011-ci ildə “Ərəb Baharı” inqilabı zamanı devrildi. Qəddafi devrildikdən sonra üsyançılar tərəfindən linç edilərək öldürüldü.