Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya prezidenti Vladimir Putinin təklifini rədd edib.

Paylaşılma tarixi: Jan 19, 2015 3:4:9 PM

  Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya prezidenti Vladimir Putinin təklifini rədd edib.  Putinin separatçılarla döyüşlərdə ağır artilleriyadan istifadə edilməməsi təklifinə Ukrayna prezidentinin cavabı özünü çox gözlətməyib. Poroşenko qarşılığında heç bir şey təklif olunmadığından Putinin təklifindən imtina edib.

  Bu barədə açıqlama verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın bu addımından təəssüfləndiyini bildirib.

  "Moskva Ukraynada baş verən döyüşlərdən çox narahatdır. Yenə Donetskdə dinc insanlar ölür, yaşayış sahələri atəşə tutulur". (anspress)

                                                                                                                                     

Həftə.Az