Deputatdan “halal kolbasa” ilə bağlı ŞOK açıqlama
Paylaşılma tarixi: Jan 08, 2015 5:42:13 PM
“Azərbaycanda “Halal” standartı ilə istehsal edilən kolbasaların halallığına inanmıram”, -bunu “a24.az”a Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili hesab edir ki, bu cür adlarla satışa çıxarılan məhsullar uydurmadır: “Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsullarının hazırlanması standartını müəyyən edən və bu sahəyə nəzarət edən Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi var. Bütün bu kimi suallar da Komitəyə ünvanlanmalıdır”. V.Əhmədov deyib ki, bu gün ölkəmizdə əhali arasında da “halal” kolbasa istehsalı və satışı ilə əlaqədar müəyyən narazılıqlar var: “Bu da başadüşüləndir. Ölkəmizdə bu istehsalata ciddi nəzarət mexanizimi yoxdur. Hətta müəyyən nöqsanlar da aşkar ediləndə, üstü örtülür”. Düzdür, son vaxtlar Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi Komitəsi və İqtisadiyyat və Sənaye Nazirliyi Yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən bu sahəyə nəzarət gücləndirilsə də, deputat bunu qənaətbəxş hesab etmir: “Standartlaşdırma Komitəsi və İqtisadi İnkişaf Nazirliyinin Dövlət Xidməti son vaxtlar bu işə nəzarəti gücləndirib. Hesab edirəm ki, ölkədə “halal” adı ilə istehsal edilən kolbasaların halallığı hələdə şübhə altındadır. Hamı da bilir ki, kolbasa istehsalı donuz əti ilə əlaqədardır. Donuz piyindən istifadə olunmayan kolbasanın dadı olmur”.
www.a24.az Amid