Prezident tənqid etdi, nazirlik işə başladı

Paylaşılma tarixi: Feb 17, 2015 7:25:54 PM

Əkinə Yararlı torpaqların istifadəsi ilə bağlı yeni tədbirlər planı təqdim olunacaq. “Qafqazinfo” ANS TV-yə istinadən xəbər verir ki, dövlət başçısının torpaqların istifadəsiz qalması ilə bağlı səsləndirdiyi son iradlardan sonra Kənd Təsərrüfatı Nazirliyi bu sahədə nöqsanların aradan qaldırılması üçün işlərə başlayıb və artıq təkliflər paketi hazırlayıb.  Yaxın günlərdə bu təkliflər hökumətə təqdim olunucaq. Bu barədə məlumat verən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov istifadəsiz qalan torpaqlardan əlavə vergi tutulması ilə bağlı təkliflərə də münasibət bildirib. Seyfəddin Talıbov beynəlxalq təcrübədə kənd təsərrüfatı vergisindən başqa bütün vergilərdən azad olan yerlərin olduğunu deyir. O torpaqların sahiblik hüququnu əldə edib, amma ondan istifadə etməyənlərin olduğunu bildirdi. Bunun üçün Kənd Təsərrüfatı Nazirliyinin özünün təklifləri var və onlar tezliklə təqdim olunacaq.