Nisiyə dəftəri
Paylaşılma tarixi: Apr 21, 2018 9:36:3 AM
Küçədə vaxtından tez qocalmış Yavər kişi ilə rastlaşdım. Zarafatla dedim ki, nə olub nə tez belin əyilib. Dərindən nəfəs alan Yavər kişi qeyd etdi ki, zəmanənin üzü qara olsun bizi bu vəziyyətə saldığına görə. Necə qocalmayım xəstə adamam aldığım 160 manat pensiyanı dərmana verim, yoxsa kommunal xərclərə və yaxud ərzağa yaxşı ki, məhəllə dükanı nisyə ərzaq verir. Yoxsa acından ölərik. Elə ki, pensiyanı alırıq təcili dükana qaçıb nisyəni bağlayırıq ki, gələn pensiyaya qədər nisyə ərzaq ala bilək. Kommunal xərclər də ki, öz yerində hansının pulunu ödəməsən gəlib kəsirlər, indi deyirsən niyə qocalmısan? Hələ yaxşı ki, ölməmişəm, iki-üç il bundan öncə babat idik, elə ki, dollar qalxdı, batdıq. Elə bil bunu gözləyirdilər, təcili ərzaq məhsullarının qiymətini qaldırdılar. Hələ bu azmış kimi dövlət də qazın, işığın qiymətlərini qaldırdı. Heç xalqı nəzərə almadılar. Elə burdan da inflyasiya başladı.
Əli Məsimov Millət vəkili:
Rəsmi statistikaya görə bizdə yoxsulluq 5-6 %-dir. Şəki-Zaqatala zonasını götürmüşəm, ayda 250-300 manat gəliri olan ev təsərrüfatları 10%, 300 manatdan artıq olanlar da 10%, 173 manata qədər olanlar isə 30% təşkil edir. Deməli biz yaşayış minimumuna və ehtiyac meyarına həssas yanaşmalıyıq. "Yaşayış minimumu haqda" qanunda kateqoriyalar göstərilir. Ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manatdır.
Nazirlər kabinetinin qərarı ilə təsdiq edilmiş minimum istehlak səbəti üzrə əsas növ ərzaq məhsullarının illik istehlak normalarına əsasən, orta hesabla bütün əhalinin hər nəfəri üçün, aşağıdakı cədvəldə göstərilən ərzaq nəzərdə tutulub.
Cədvəldə göstərilən ərzaqların miqdarı insanın ölməməsi üçün nəzərdə tutulub.
İndi deyin görək, 160 manat pensiya alan xəstə bir adam yaşamaq üçün nə etməli, aldığı pensiyanı ərzağa xərcləməli yoxsa digər xərcləri ödəməlidir?
İndi deyin görək, bu Yavər kişi necə vaxtsız qocalmasın, beli əyilməsin. Yaxşı ki,məhəllə dükanlarında nisyə dəftəri var. Heç olmasa insanların əksəriyyəti bu dəftərdən istifadə edir.
Sadıq Fətəliyev