Bakıda azərbaycanlıları bu kafeyə buraxmırlar - BİABIRÇILIQ
Paylaşılma tarixi: Mar 02, 2015 5:0:59 PM
Bakının mərkəzində - Tolstoy küçəsində yerləşən "Refresh" adlı "Pub-Kafe"yə azərbaycanlılar buraxılmır. Bu barədə Arqument.Az-a jurnalist Pərviz Əzimov məlumat verib. O bildirib: "Şəhərdə "Refresh" adlı bir pub var. Dəfələrlə eşitmişdim ki, bu pub-a azərbaycanlıları buraxmırlar. Bu yaxınlarda tam dəqiqləşdirdim. Sən demə, dəqiq belə imiş. Kimliyindən, gender bərabərliyindən asılı olmayaraq azərbaycanlılara bu pub-a buraxılmır. Dress code olanda anlamaq olur ki, adamlar səviyyeni qorumaq istəyirlər. Ancaq umumi olaraq azərbaycanlıların (lap başqa millət olsun) Bakıda 1 pub-a buraxılmaması rasizmdir. Bir toplumun aşağılanmasıdır. İkincisi, bu yazdığım vətənpərvərlik filan feyil, amma gəlin düşünək ki, Praqada bir pub var ve çexlər ora buraxılmır və ya Berlində almanlar pub-a buraxılmır. Bunu düşünə bilirsiniz? Rəsmən biabrçılıqdır. Ən azından ictimai qınaq yaratmaq lazımdır. Mən ora heç getməmişəm, getmək fikrində də deyiləm. Ancaq yenə də özümü alçaldılmış hesab edirəm".http://musavat.com/