Gülənin Azərbaycan üzrə koordinatorunun böyük fırıldağı aşkarlandı
Paylaşılma tarixi: Mar 05, 2015 6:41:13 PM
Gülənin “Bank Asya”dan sonra ikinci böyük şirkəti olan Kaynak Holdinqin hissələri dövlətin nəzarətinə keçdi. Belə ki, Uzanvari əməliyyatla ölkədən mal qaçırmaq istəyərkən, yaxalanan Holdinqin bankdakı səhmləri artıq TMSF-dir.
Paralel baronların “Bank Asya”da 16,3 faiz səhmi olan “Forum İnşaat və Sürat Basım” şirkətinin böyük səhmdarı Kaynak Holdinqin bankın ələ keçirilməsindən 13 gün sonra səhmlərini Hollandiyadakı tanınmayan və saxta olduğu ehtimal olunan bir şirkətə vermək istəməsi dövləti hərəkətə keçirdi.
Bu məsələ üzrə çalışan dövlət qurumu (BDDK) həmin səhmləri öz nəzarətinə aldı. Qərarda göstərilir ki, “Bank Asya”da imtiyazlı səhmə sahib olan “Forum İnşaat və Sürat Basım” şirkətinin tabe olduğu Kaynak Holdinq, bu şirkətə aid bütün səhmlərini 16 yanvar 2015-ci ildə Hollandiyada qurulan INL Partners şirkətinə Banka nəzarət edən quruma xəbər vermədən ötürdüyü üçün həm o qərar ləğv edilir, həm də Kaynak Holdinqin hissələri üzərində söz haqqı TMSF-yə keçmişdir.
Xatırladaq ki, illər öncə Türkiyənin məşhur iş adamlarından Cem Uzan da Türkiyədəki sərvətini bu şəkildə ölkədən qaçırmışdı.
Qeyd edək ki, Kaynak Holdinqin prezidenti Naci Tosun Gülənin Azərbaycan da daxil olmaqla Orta Asiya imamıdır. N.Tosun ən son “Çağ Öyrətim” şirkətinin 20 illiyində Bakıda keçirilən tədbirdə çıxış edib. Gülənə Azərbaycandan yazılan məktubların da onun vasitəsilə çatdırıldığı bildirilir. Bu mövzuda bir məsələni qarışdırmamaq lazımdır. Naci Tosun bir neçə ölkə üzrə koordinator imamdır, o cümlədən Azərbaycan imamı Ənvər Özərən ona bağlıdır.
http://yenicag.az/