Möhtəşəm həmrəylik bayramı

Paylaşılma tarixi: Dec 26, 2014 4:55:38 PM

Möhtəşəm həmrəylik bayramı çərçivəsində Borçalı Cəmiyyətinin təşkilatçılığında Türklüyə xidmət ödülü və Şərəf Medalının təqdimat mərasimi sona çatdı.

 Güney Azərbaycan, Azərbaycan, Türkiyə, Gürcüstan, Krım bir yerdə idi. Alimin zənguləsi,

Flora xanımım lirikası, Həsən Dəmirçinin ritmi, Aşıq İbrahim Qaradağlının, aşıq Cahangirin, aşıq Tərmeyxanın, balaca Maksimin borçalı ləmsi, aşıq Aytəkinin yanğısı, Səadət Butanın, Huşəng Cəfərinin döyüş ruhlu səsi, Fərman Cəfərovun özünəməxsus həzin səsi, Pəhləvan Qəmbərin istedadı... xoş ovqaqt verməklə ruhumuzu təzələdi. 200 nəfərə yaxın elm, incəsənət. mədəniyyət nümayəndələri birlik və dirlik ruhunda sevgili, unudulmaz bir gün yaşadılar. BAYRAMINIZ MÜBARƏK DƏYƏRLİ DOSTLAR, ƏZİZ XALQIMIZ VƏ DÜNYAYA SƏPƏLƏNMİŞ SOYDAŞLARIMIZ.