Bu ölkədə pulu arabayla daşıyırlar

Paylaşılma tarixi: Mar 16, 2015 1:17:56 PM

Somalidə insanlar pulları cibində deyil arabalarda daşıyırlar.Ucnoqta.az-ın məlumatına görə, bu ölkədə pulun dəyəri həddən artıq ucuz olduğu üçün insanlar pullarını xarici valyutalara dəyişərkən bir araba pul verməli olurlar.

 Somalidə pul vahidi şilinq adlanır. Somalidə bir dollar üçün təxminən 70 min şilinq ödəmək lazımdır.

 İnsanlar pullarını dollar və avroya çevirmək üçün şəhərin mərkəzində olan pul bazarına gəlirlər. Somalilər əl arabalarında gətirdikləri pulları insanlara təklif edirlər. Bu, bir növ valyuta dəyişmədir.

 Ancaq ölkəyə gələn xarici turistlər bu mənzərəni görəndə bir xeyli təəccüblənirlər.

 Qeyd edək ki, Somali şillinqi dünyanın ən ucuz pullarından sayılır. 1963-cü ildə istifadəyə verilməsinə baxmayaraq bu pulun dəyəri də ildən ilə azalır.(Anspress.com)- See more at: http://ucnoqta.az/news/13737#sthash.xD8PwrZ8.dpuf